Belçika mənsubuna "yox" dedi, "Neftçi"ni seçdi

17 İyun 22:20 Neftçi 3 901
Belçika mənsubuna "yox" dedi, "Neftçi"ni seçdi

"Neftçi"nin yayda heyətinə qatdığı Rüfət Abbasov Belçikada legioner həyatı yaşamağa yaxın olub.

Hətta əldə etdiyimiz məlumata görə, cinah müdafiəçisi Avropa təmsilçisi ilə aylıq 8 min dollar müqabilində ilkin anlaşma da əldə edib.

Amma "ağ qaralar"ın araya girməsi 21 yaşlı gəncin fikrini dəyişib.

Yuri Vernidub israrla onu istəməsi, daha yaxşı şərtlərlər uzunmüddətli müqavilə təklifi "Neftçi" variantını ön plana çıxarıb.

Abbasovun seçimində həm də klubun yetirməsi olması az rol oynamayıb.

Sol cinah müdafiəçisi evinə qayıtmaq, özünü yaxşı tərəfdən göstərmək istəyilə alışıb-yanır.

Belədə millimizin üzvü son anda Belçika klubundan imtina edərək "Neftçi"nin yolunu tutub.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 18:10 Çək və bizə göndər!
7 Noyabr 17:40 Biri belə, biri elə