“Neftçi” bu xəbəri yaydı, yalnız birinin adını açıqladı - FOTOLAR

00:30 Neftçi 167
“Neftçi” bu xəbəri yaydı, yalnız birinin adını açıqladı - FOTOLAR

"Neftçi"nin 2026/27-ci illər mövsümü üçün hazırlıq planı müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, bu barədə klub məlumat yayıb. Komanda iki mərhələdən ibarət təlim-məşq toplanışının birinci mərhələsini iyunun 20-dən 28-dək Bakıda - “Palms Sports” Futbol Mərkəzində keçəcək.

Toplanışın ikinci mərhələsi iyunun 29-dan iyulun 14-dək Sloveniyanın Moravske Toplitse şəhərində reallaşacaq.

“Hotel Livada Prestige”də məskunlaşacaq "ağ-qaralar" bu mərhələ ərzində 4 yoxlama görüşü keçirməyi planlaşdırır.

Oyunlar 2, 6, 10 və 13 iyul tarixlərində baş tutacaq. İyulun 2-dəki matçda rəqib Serbiya “Partizan”ı olacaq.

Yoxlama görüşlərinin başlanma saatı və digər rəqiblər haqda daha sonra məlumat veriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
16 İyun 18:10 Çək və bizə göndər!