"Neftçi"nin potensial rəqibləri azaldı - Konfrans Liqasında

14:00 Neftçi 355
"Neftçi"nin potensial rəqibləri azaldı - Konfrans Liqasında

Bu gün Konfrans Liqasının 2026/2027 mövsümünün 2-ci təsnifat mərhələsinin püşkü atılacaq.

Sportinfo.az xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərində yerləşən mənzil-qərargahında keçiriləcək püşkatmada Azərbaycan təmsilçisi "Neftçi"nin də rəqibi bilinəcək.

Püşkatma mərasimi Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Artıq potensial rəqiblərin sayı azalıb. "Ağ-qaralar"ın 5 mümkün rəqibi:

"Ludoqorets" (Bolqarıstan)

"Rakuv" (Polşa)

"Apollon" (Kipr)

1-ci təsnifat mərhələsinin "Dinamo" (Albaniya) - "Astana" (Qazaxıstan) cütünün qalibi

"Dinamo" (Belarus) - "Sileks" (Şimali Makedoniya) cütlərinin qalibi

Konfrans Liqasının 2026/2027 mövsümünün 2-ci təsnifat mərhələsinin matçları iyulun 23-də və 30-da keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti