Sarayevoda Olimpiya ümidləri turnirində iştirak edəcəklərv- Bizimkilərin SİYAHISI

04:30 Boks 97
Sarayevoda Olimpiya ümidləri turnirində iştirak edəcəklərv- Bizimkilərin SİYAHISI

Azərbaycan boksçuları iyunun 18-də Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda start götürəcək Olimpiya ümidləri turnirdə iştirak edəcəklər.

Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyasından məlumat verilib.

Üç gün davam edəcək yarışda millimiz 2 yaş kateqoriyasında mübarizə aparacaq.

U-19-lar arasında rinqə Əli Əliyev (50 kq), Nihat Qasımov (55 kq), Əli Baxışov (60 kq), Şahin Aslanov (65 kq), Rza Rzayev (70 kq), Səftər Məmmədzadə (+90 kq) və Gülər Hüseynova (51 kq) çıxacaqlar. U-17-lərin yarışında isə Aysel Fərəcova (46 kq), Aydan İsmayıllı (48 kq), Fatimə Məmmədli (50 kq), Cəmilə Muradlı (57 kq), Səma Abbasova (66 kq) və Xumar Cəfərli (80 kq) qüvvələrini sınayacaqlar.

Oğlan boksçular beynəlxalq turnirdə baş məşqçi Elbrus Rzayevin, qızlar isə baş məşqçi İlkin Ağayevin rəhbərliyi altında çıxış edəcəklər. Nümayəndə heyətinə Azərbaycan Boks Federasiyasının İdarə Heyətinin üzvü Rövşən Hüseynov rəhbərlik edəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 İyun 16:50 Çək və bizə göndər!