"Qarabağ" Kevin Medina ilə yolları ayırdığını açıqlayıb.
Sportinfo.az xəbər verir ki, bu barədə klubun rəsmi sosial şəbəkə hesabında (İnstaqram) məlumat verilib.
"Təşəkkürlər, Kevin. Hər şey üçün təşəkkür edirik" - deyə klubun açıqlamasında bildirilib.
33 yaşlı kolumbiyalının Malayziyanın “Johor” komandasına keçəcəyi bildirilir.
Müdafiəçinn “Qarabağ” qarşısındakı xidmətləri nəzərə alınaraq onunla müqavilə qarşılıqlı razılaşma ilə ləğv edilib. Beləliklə, Medina yeni klubuna azad agent kimi keçəcək.
Kevin Medina "Qarabağ"a 2020-ci ilin yayında Portuqaliyadan - "Şaviş"dan transfer olunmuşdu.

