“Qarabağ”ın sevimli futbolçusuna yaxta hədiyyə ediblər? - FOTO

17:00 Qarabağ 468
“Qarabağ”ın sevimli futbolçusuna yaxta hədiyyə ediblər? - FOTO

“Qarabağ”ın və Monteneqro millisinin yarımmüdafiəçisi Marko Yankoviç sosial şəbəkə hesabında paylaşım edib.

Təcrübəli futbolçu Yunanıstanda istirahətdə olan zaman “Maestro” adlı yaxta ilə çəkilən şəklini “instagram” hesabında izləyicilərinə təqdim edib.

Yankoviç azərbaycanlı azarkeşlər tərəfindən “Maestro” ləqəbi ilə tanındığından, “yaxta-adaşı” ilə foto ciddi marağa səbəb olub.

Təbii ki, əksəriyyət zənginlərin sahibləndiyi su nəqliyyat vasitəsinin Markoya aid olduğunu düşünüb.

Odur ki, izləyicilərdən biri ona “sən almısan?” sualını verib.

Yankoviçin cavabı belə olub:

“Xeyr, mən bunu hədiyyə qismində almışam”.

Futbolçunun bunu zarafat xətrinə yazdığını, yoxsa həqiqəti əks etdirdiyini anlamaq çətindir.

Ölkəsinin millisinin əsas futbolçularından olduğunu nəzərə alsaq, niyə də olmasın?

Lakin belə bir hal yaşansaydı da, yaxta yəqin ki, turistik ölkə kimi tanınan Monteneqroya aid sularda üzərdi.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti