Transfer bazarında fəallığı ilə seçilən “Şəfa” dayanmaq bilmir.
Premyer Liqaya yüksələn paytaxt təmsilçisi bu dəfə “Neftçi”yə üz tutmaq məcburiyyətində qalıb.
“Şəfa” “ağ-qaralar”ın U-19 komandasının üzvü Pünhan Qasımzadə ilə anlaşıb.
“Neftçi-2”nin baş məşqçisi Rəşad Abdullayevin də bəyəndiyi futbolçulardan olan 2008 doğumlu yarımmüdafiəçi Premyer Liqa klubu ilə müqavilə bağlayacaq.
Futbolla yanaşı, futzalla da məşğul olan solaxay futbolçu hazırda Aərbaycanın U-20 milli komandasının aparıcı simalarından hesab olunur.
Maraq üçün bildirək ki, “Şəfa” yay fasiləsində Nicat Mehbalıyev, Məmməd Hüseynov, Arsen Agcabəyov, Murad Musayev və Rauf Hüseynli ilə güclənib.
HƏBİB / SPORTİNFO.AZ

