AFFA-nın baş katibinə UEFA-da yüksək vəzifə verildi

18 İyun 16:29 Hadisə 755
AFFA-nın baş katibinə UEFA-da yüksək vəzifə verildi

AFFA-nın baş katibi Cahangir Fərəcullayev UEFA Marketinq Məsləhət Komitəsinin üzvü təyin edilib.

Sportinfo.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.

UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, C. Fərəcullayev sözügedən komitədə fəaliyyət göstərəcək.

UEFA İcraiyyə Komitəsi UEFA Komitələri və Ekspert Panellərinin tərkibini müzakirə edib və qitə futbol qurumuna üzv assosiasiyalar tərəfindən təqdim edilən namizədlər əsasında təklif olunan yeni tərkibi təsdiqləyib.

Digər Xəbərlər
Xəbər Lenti
28 Avqust 18:10 Çək və bizə göndər!