PSJ-də oynamış müdafiəçi "Neftçi"nin transfer siyahısında yer aldı

18 İyun 11:00 Neftçi 2 375
PSJ-də oynamış müdafiəçi "Neftçi"nin transfer siyahısında yer aldı

Konfrans Liqasında iştirak edəcək "Neftçi" transfer çalışmalarını da davam etdirir.

Sportinfo.az xəbər verir ki, sportal.az-a verilən məlumata görə, "ağ-qaralar" "Arda"nın müdafiəçisi Feliks Eboa Eboa ilə maraqlanır.

29 yaşlı futbolçu bu yay "Neftçi"nin formasını geyinə bilər. Onun Bolqarıstan təmsilçisi ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.

Kamerunlu müdafiəçi bu ayın sonunda azad agant statusu daşıyacaq.

PSJ-nin yetirməsi olan Eboa “Genqam”da da oynayıb.

Digər Xəbərlər
Xəbər Lenti