AFFA-dan işindən ayrıldı, Premyer Liqa klubu ilə anlaşmağa yaxındır

AFFA-dan işindən ayrıldı, Premyer Liqa klubu ilə anlaşmağa yaxındır

"Sumqayıt" Futbol Akademiyasının yeni rəhbəri azərbaycanlı olacaq.

Əldə etdiyimiz məlumata görə, bir neçə namizədlə danışıqlar aparılır.

Ən real mütəxəssisin adı isə bizə məlumdur.

Söhbət Cahangir Həsənzadədən gedir.

Təcrübəli mütəxəssis bu ilin aprel ayında AFFA-dan ayrılıb.

O, 2020-ci ildən AFFA-nın texniki direktoru vəzifəsində çalışırdı.

46 yaşlı mütəxəssislə ilkin razılıq əldə olunub.

Son detalllar danışılır.

"Sumqayıt" rəhbərliyi akademiyanın direktoru, almaniyalı mütəxəssis Hakan Sünalla bir neçə gün əvvəl yollar ayrıb.

2019-cu ildən “Sumqayıt” Futbol Akademiyasına rəhbərlik edən Hakan Sünalla mövcud anlaşma bu ayın sonunda başa çatacaq.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti