Vernidubun istəmədiyi legionerlər niyə "Neftçi"dən çıxıb getmir?

18 İyun 13:00 Neftçi 3 025
Vernidubun istəmədiyi legionerlər niyə "Neftçi"dən çıxıb getmir?

"Neftçi"nin 2026/27-ci illər mövsümü üçün hazırlıq planı müəyyənləşib.

Komanda iki mərhələdən ibarət təlim-məşq toplanışının birinci mərhələsini iyunun 20-dən 28-dək Bakıda - “Palms Sports” Futbol Mərkəzində keçəcək.

Toplanışın ikinci mərhələsi iyunun 29-dan iyulun 14-dək Sloveniyanın Moravske Toplitse şəhərində reallaşacaq. “Hotel Livada Prestige”də məskunlaşacaq "ağ-qaralar" bu mərhələ ərzində 4 yoxlama görüşü keçirməyi planlaşdırır.

Oyunlar 2, 6, 10 və 13 iyul tarixlərində baş tutacaq. İyulun 2-dəki matçda rəqib Serbiya “Partizan”ı olacaq.

Bir həftədən artıqdır Bakıda olan Yuri Vernidub narahatlıq içindədir. Paytaxt təmsilçisini 2 illik aradan sonra avrokuboklara qaytarmış mütəxəssis aparmaq istədiyi islahatların lənğ getməsinə üzgündür.

«Ağ-qaralar» bu ayın əvvəlində Vensan Abubakar, Edvin Kuç, Kristian Kostin və Murad Məmmədovla vidalaşıb. Müqavilə müddətləri bitdiyi üçün düşərgəni sakitcə tərk ediblər.

Ukraynalı çalışdırıcının xidmətinə maraq göstərmədiyi, lakin kontraktı davam edən 3-4 legioner var ki, onları hələik buradan yola salmaq mümkün olmayıb.

Vernidubun «qara siyahı»sında yer alanlar yüksək təzminat tələb etdiyindən, danışıqlar uzanmaqdadır. Belə getsə, baş məşqçi onları Sloveniya toplanışına aparmaq məcburiyyətində qalacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 08:30 Birinci kim danışacaq?
18 Sentyabr 05:00 Açıq Qapı Günü oldu
18 Sentyabr 04:30 "Grace of Nature" Qazaxda
18 Sentyabr 04:00 Bir də söyüş söymə!