ünya çempionatı davam edir.
Sportinfo.az xəbər verir ki, mundialın növbəti oyununda bu gün Portuqaliya Konqo Demokratik Respublikası ilə qarşılaşıb.
Hyuston stadionunda keçirilən K qrupunun ilk turunun matçında qalib müəyyənləşməyib – 1:1.
Avropalıların heyətində Joao Neves 6-cı dəqiqədə adını tabloya yazdırıb. Konqoluların qolunu isə 45+5-ci dəqiqədə Yoan Vissa vurub.
Portuqaliya millisində Kriştiano Ronaldo oyunun əvvəlindən sonuna qədər meydanda olub və heç nə ilə yadda qalmayıb.
Portuqaliya - Konqo 1:1
Qollar: Joau Neveş, 6 (1:0), Vissa, 45+5 (1:1)

