Klubdan MÜHÜM AÇIQLAMA - O, rəhbər vəzifəyə gətirilir

17 İyun 18:00 Kəpəz 1 699
Klubdan MÜHÜM AÇIQLAMA - O, rəhbər vəzifəyə gətirilir

«Kəpəz»in rəhbərliyində dəyişiklik gedir.

Bu barədə Klubun İdarə Heyətindən Sportinfo.az-a bildirilib.

Təsisçilər yeni simalar olacaq. Gəncə klubu bununla əlaqədar Ədliyyə Nazirliyinə müraciət edib.

Adil Vəliyev 2025-ci ilin əvvəlində “Kəpəz“i himayəsinə götürüb. Həmin ilin iyulunda İdarə Heyətinin sədri postuna əyləşib. Onun klubdan gedişi maliyyə rıçaqlarının zəifləməsindən irəli gəlir.

Adil Vəliyevin yerinə gələn yeni rəhbər Anar Abdullayevdir. O, İdarə Heyətinin sədri postunu tutacaq.

Ədliyə Nazirliyinə göndərilən sənədlərdə təsisçi olaraq A.Abdullayev göstərilib.

Dövlət qurumu 21 rəsim iş günü ərzində «sarı-göylər»in müraciətinə cavab verəcək.

İdarə Heyətindən verilən məlumatda qeyd olunub ki, Anar Abdullayev idarəçilikdə təcrübəyə malik insandır və onun təyinatından sonra klubun həyatında mühüm mərhələ başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 İyul 16:20 "Qəbələ"dən 5 yoxlama