"Qarabağ"Kevin Medina ilə yolları ayırdığını açıqlayıb.
Kolumbiyalı müdafiəçi bura 2020-ci ilin yayında Portuqaliyadan - "Şaviş"dan transfer olunmuşdu.
O, “Qarabağ”ın heyətində 204 oyunun iştirakçısı olmaqla 6 qol vurub, 7 məhsuldar ötürmə verib.
Medina yay transfer dönəmində "Qarabağ"ı tərk edən 5-ci futbolçu olub. Ona qədər Toral Bayramov, Emmanuel Addai, Ramil Şeydayev və Sami Mmae ilə yollar ayrılıb.
33 yaşlı əcnəbi buradan öz istəyi ilə gedib. İndiyədək Türkiyə, Portuqaliya və müxtəlif ərəb ölkələrindən təkliflər almış kolumbiyalı məhz indi Azərbaycanı tərk etmək fikrinə düşüb.
Bu da yaşına görə. Kevin başa düşür ki, karyerasının son illərini keçirir və indən belə çoxlu pul qazanmaq imkanı az olacaq. O, məhz bu fürsəti qaçırmaq istəmir.
Cənubi amerikalı karyerasını Malayziyada davam etdirəcək. O, yerli “Johor” ilə 2 illik müqavilə imzalayıb. Medina bu müddətdə 1,4 milyon avro qazanacaq.
SPORTİNFO.AZ

