Komandanı təhvil aldı, daha bir məşqçini yanına gətirdi

18 İyun 15:00 Hadisə 1 778
Komandanı təhvil aldı, daha bir məşqçini yanına gətirdi

«Şəfa»nın yeni baş məşqçisi Zaur Həşimov artıq öz korpusunu formalaşdırıb.

O, Əyyub Əliyevi paytaxt təmsilçisinə dəvət edib.

Son olaraq «Şamaxı»da çalışmış mütəxəssis qapıçılarla işləyəcək.

Zaur Həşimov son altı ildə «Zirə»nin akademiyasına rəhbərlik eləyib. «Pro» kateqoriyalı sükançı Premyer Liqanın yeni iştirakçısıyla 3 illik müqavilə bağlayıb.

Qarşısına komandanı elitada saxlamaq məqsədi qoyulan baş məşqçinin digər köməkçiləri kimlərdir?

Son mövsümdə «Zirə»nin əvəzedici heyətini çalışdırmış Hacı Əhmədovu özüylə bura gətirib.

«Qarabağ»ın U-16 komandasının başında dayanmış Rauf Əliyevə körpusunda yer edib.

Həmçinin Cəmil Hacıyev və Zaur Əliyevə etimad göstərib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
28 Avqust 18:10 Çək və bizə göndər!