“Portuqaliya millisi indi Ronaldosuz daha güclüdür”

“Portuqaliya millisi indi Ronaldosuz daha güclüdür”

Özbəkistan millisinin müdafiəçisi Rüstəm Aşurmatov dünya çempionatında rəqibləri olan Portuqaliya yığması və hücumçu Kriştiano Ronaldo haqqında fikirlərini bölüşüb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, özbək futbolçu bunu deyib:

“Portuqaliya millisi indi Ronaldosuz daha güclüdür. Onu start heyətində görmək istəyirikmi?

Mənim üçün fərqi yoxdur. Hər iki ssenariyə hazırlaşacağıq və əlimizdən gələni etməyə çalışacağıq”.

Özbəkistan millisi dünya çempionatının qrup mərhələsində Kolumbiya, Portuqaliya və Konqo Demokratik Respublikası yığmaları ilə mübarizə aparacaq.

Komanda ilk oyununu iyunun 18-də Kolumbiya millisinə qarşı keçirəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti