XOŞ XƏBƏR - Bakıda tıxacları azaldacaq yenilik

18 İyun 07:40 Problem 538
XOŞ XƏBƏR - Bakıda tıxacları azaldacaq yenilik

Mehdiabad-Baksol-Ziya Bünyadov prospekti avtomobil yolunun gələcəkdə 8 Noyabr prospekti ilə birləşdirilməsi nəzərdə tutulur.

layihə çərçivəsində Abşeronun şimal-qərb hissəsi Bakının şərq və cənub-qərb istiqamətləri ilə birbaşa əlaqələndiriləcək. Yeni yolun Heydər Əliyev prospektinə qədər uzadılması planlaşdırılır.

Məlumata görə, inşa ediləcək magistral Mehdiabad və Binəqədi istiqamətindən başlayaraq Binəqədi şosesi ilə birləşəcək və şəhərdaxili nəqliyyat axınının daha balanslı paylanmasına imkan yaradacaq.

Layihənin həyata keçirilməsi nəticəsində xüsusilə Binəqədi, 20 Yanvar və Ziya Bünyadov prospekti istiqamətində müşahidə olunan sıxlığın azalacağı, alternativ marşrutların formalaşacağı bildirilir.

Digər Xəbərlər
Xəbər Lenti
7 Avqust 18:10 Çək və bizə göndər!