İngiltərə Xorvatiya üzərində böyükhesablı qələbə qazandı - DÇ-2026

İngiltərə Xorvatiya üzərində böyükhesablı qələbə qazandı - DÇ-2026

Dünya çempionatında İngiltərə Xorvatiyanı böyük hesabla məğlub edib.

Sportinfo.az xəbər verir ki, Dallas stadionunda keçirilən L qrupunun I turunun matçında ingilislər 4:2 hesablı qələbəyə seviniblər.

Yığmanın heyətində Harri Keyn (12, 43-pen) dubl müəllifi olub. Digər iki qolu Cud Bellinqem (47) və Markus Reşford (85) vurublar.

Xorvatiya seçməsində isə Martin Baturina (36) və Peter Musa (45+5) adlarını tabloya yazdırıblar.

İngiltərə - Xorvatiya 4:2

Qollar: Harri Keyn, 12-pen. (1:0), Martin Baturina, 36 (1:1), Harri Keyn, 42 (2:1), Petar Musa, 45+5 (2:2), Çud Bellinqem, 47 (3:2), Markus Reşford, 85 (4:2)

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 İyun 16:50 Çək və bizə göndər!