“Sabah”dan ayrılan Cesse Sekidikanın yeni iş yeri müəyyənləşib.
29 yaşlı hücumçu karyerasını Asiya ölkəsində davam etdirəcək.
Keçmiş “Qalatasaray”lının “Neftçi”yə keçəcəyi deyilsə də, o, Cənubi Koreyaya üz tutub.
Cesse bu ölkənin aparıcı klublarından olan “Qanqvon”la anlaşıb.
Müqavilənin müddəti 2 illik nəzərdə tutulub.
Maraq üçün bildirək ki, Sekidika Samir Abasovun “Neftçi”ni çalışdırdığı dönəmdə “ağ-qaralar”dan gizli transfer təklifi aldıqdan sonra bu barədə rəhbərliyi məlumatlandırmışdı. Nəticədə iki klub arasında müəyyən soyuqluq yaranmışdı.
Cari mövsüm başa çatandan sonra da onun adı “Neftçi” ilə hallanırdı.
Nigeriya və İngiltərə vətəndaşlığını daşıyan yarımmüdafiəçi 2023-2026-ci illər aralığında şərəfini qoruduğu “Sabah”ın heyətində 107 oyunda şans qazanmaqla 21 qol və 10 assistlə fərqlənib.
HƏBİB / SPORTİNFO.AZ

