Argentina millisinin hücumçusu Lionel Messi bu gün Əlcəzairlə matçda vurduğu qollardan danışıb.
Sportinfo.az xəbər verir ki, ulduz ilk qoldan sonra ağladığını deyib.
“Bəli, ilk qoldan sonra ağladım. Amma bunun futbolla heç bir əlaqəsi yox idi.
Bir neçə çətin gün keçirdim, lakin bütün nümayəndə heyətinə və komanda yoldaşlarıma minnətdaram. Onlar hər zaman yanımda oldular və mənə çox böyük dəstək verdilər”, - Messi bildirib.
Argentina Əlcəzairi 3:0 hesabı ilə məğlub edib. Hər 3 qolu Lionel Messi vurub.


