“Neftçi”dən aldılar, icarə təklifini geri çevirdilər

09:40 Neftçi 338
“Neftçi”dən aldılar, icarə təklifini geri çevirdilər

“Pafos” Azərbaycanın U-21 millisinun futbolçusu Murad Məmmədovun transferini rəsmən açıqlayıb.

20 yaşlı cinah oyunçusu ilə 2030-cu ilin iyun ayınadək nəzərdə tutulan uzunmüddətli müqavilə imzalanıb.

“Pafos”un bəyanatında bu transferin klubun gənc istedadlara yatırım etmək, gələcəyi qurmaq və futbol fəlsəfəsinə uyğun inkişaf potensialı olan oyunçularla heyəti gücləndirmək strategiyasının bir hissəsi olduğu vurğulanıb.

2006-cı il aprelin 26-da anadan olan Murad “Pafos”a “Neftçi”dən keçib. Kipr təmsilçisi Bakı klubunun onunla bağlı son istəyini geri çevirib.

Məmmədovu yetirməsi olduğu kluba icarə əsasında geri qaytarmaqdan imtina ediblər. Baxmayaraq ki, “ağ-qaralar“ vingeri 1 illik də olsa, burada saxlayacağına böyük ümidlər bəsləyirdi.

“Pafos“ qəti şəkildə bu planın əleyhinə çıxıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
16 İyun 18:10 Çək və bizə göndər!