“Deyirlər ki, Messi artıq əvvəlki kimi deyil, amma…”

22:00 Dünya futbolu 94
“Deyirlər ki, Messi artıq əvvəlki kimi deyil, amma…”

Argentina millisinin yarımmüdafiəçisi Aleksis Makallister 2026-cı il dünya çempionatında Əlcəzair yığması üzərində 3:0 hesablı qələbədən sonra Lionel Messi haqda danışıb.

Matçda hər üç qolu vuran 38 yaşlı futbolçu komandasının qələbəsində əsas rolu oynayıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Messinin əvvəlki kimi olmadığı ilə bağlı fikirlərin yanlış olduğunu söyləyib:

“Deyirlər ki, Messi artıq əvvəlki kimi deyil, amma bu gün o, hələ də ən yaxşı olduğunu göstərdi. İndi hamı görür ki, onun ətrafında bir komanda qurmalıyıq”.

Bu, Lionel Messinin dünya çempionatı tarixində ilk het-triki olub. Onun turnirdəki qol sayı 16-ya çatıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti