Qusar şəhərindəki Şövkət Orduxanov adına stadionda təmir işlərinə qısa müddətdə start veriləcək.
Əldə etdiyimiz məlumata görə, idman qurğusunun bərpası üçün dövlət büdcəsindən lazım olan maliyyə ayrılıb.
Plana görə 2027-ci ilin sentyabr ayına qədər işlər yekunlaşmalıdır.
Arena 1962-ci ildə istifadəyə verilib. Uzun müddət əvvəl stadionda yenidənqurma işlərinə başlanılsa da, 2024-cü ilin may ayında yarımçıq dayandırılıb.
Ötən ilin sonlarında stadion Gənclər və İdman Nazirliyinin balansına verilib.
Qusarda stadion olmadığından I Liqada mübarizə aparan "Şahdağ Qusar" ev oyunlarını Şamaxı Olimpiya İdman Kompleksinin meydançasında keçirir.
XANOĞLAN / SPORTİNFO.AZ

