Futbolçu sayı satışmadı, xaricə getməyi gözdən çıxardı

09:40 Hadisə 1 241
Futbolçu sayı satışmadı, xaricə getməyi gözdən çıxardı

Premyer Liqaya yeni baş məşqçi ilə qayıdan «Şəfa»nın yay hazırlıq planı müəyyənləşib.

Zaur Həşimovu sükan arxasına gətirmiş paytaxt təmsilçisi qarşıdakı müddəti ölkə daxilində keçirəcək.

Üç illik müqaviləyə imza atmış mütəxəssis Türkiyə, yaxud digər ölkələrin birində təlim-məşq toplanışının təşkilini etmək istəməyib.

Bunun da öz məntiqli səbəbi var - oyunçu sayının yetərsizliyi. Bu mövsüm I Liqada çempionluq qazanmış kollektivdən cəmi bir neçə nəfəri düşərgədə saxlayan çalışdırıcı yarımcan heyətlə yola çıxmağı mənasız sayıb.

Gərək komanda formalaşsın ki, bayıra bir addım atasan. 12-14 nəfərlə hara gedəsən, niyə gedəsən?

21 ildən sonra elitaya dönmüş «Şəfa» hazırlığa Bakıda başlayacaq. Komanda iyulun 2-də Bakıda toplanacaq.

Hazırlığın ilk mərhələsi paytaxtda keçiriləcək.

İyulun 20-də Qəbələyə yollanacaqlar. Hazırlığın ikinci mərhələsi avqustun 9-dək burada davam edəcək «ağ-göylər» burada bir neçə yoxlama matçı keçirəcək.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti