İlkin Fikrətoğlu: "Şamaxı"nın öz dünyası var - VİDEO

19:20 Hadisə 119
İlkin Fikrətoğlu: "Şamaxı"nın öz dünyası var - VİDEO

“Şamaxı” mövsümü səkkizinci yerdə bitirdi, amma çətin ki, buna görə qədim Şirvanşah yurdunda kimsə narahat olsun.

Komandanın hədəfi əvvəldən liqada qalmaq idi, bacardılar.

Necə deyərlər, “Şamaxı”nın öz dünyası var.

Çətin şərtlər altında işləməyə adətkar olan Ayxan Abbasov büdcəsinə görə 12 klub arasında “Karvan Yevlax”la yanaşı, ən kasıblardan olan “Şamaxı”nın çulunu sudan quru çıxardı.

Sadəcə, bu klubda öz gələcəyini, məşqçi kimi perspektivini görmədiyi üçün mövsüm bitincə, ayrılmağa qərar verdi.

Hər bir məşqçi normal büdcəsi, ciddi hədəfləri olan klubda işləmək istəyər. Görünür, ”Şamaxı”nın yeni mövsümdə də məqsədi liqada qalmaq olacağından, Ayxan Abbasov burada qalmağa tutarlı bir səbəb görməyib.

“Şamaxı”nın heyətində Kərim Rossi oyunu ilə diqqət çəkdi. İsvecrəli hücumçu liqada 10 qolla klubun ən məhsuldar oyunçusu oldu.

Bir yerdə qərar tutmayan Rossi artıq “Şamaxı”yla vidalaşıb və gedən təkcə o deyil. Artıq müqavilə müddəti başa çatan 18 nəfər “Şamaxı”dan ayrılıb.

Onların sırasında “Neftçi” ilə 3 illik müqavilə bağlayan Rüfət Abbasov da var. 21 yaşlı müdafiəçi “Şamaxı”nın heyətində bu mövsüm bütün oyunlarda meydana çıxıb və komandanın ən yaxşılarından biri olub.

Ondan başqa daha bir 21 yaşlı futbolçu Oruc Məmmədov da 33 çempionat matçından 31-də meydana ayaq basıb və müsbət mənada diqqət çəkib.

Ümumiyyətlə, “Qəbələ”dən sonra bu mövsüm gənc yerli futbolçulara ən cox şans verən komanda “Şamaxı”dır. Ayxan Abbasovu cavanlara güvənib şans verdiyi. Azərbaycan futboluna qazandırdığı üçün yalnız alqışlamaq olar.

Digər gənclərə Rüfətlə Oruc nümunə olmalıdır - legioner limitinə boş-boşuna ümid etməkdənsə, məşqdə var gücünlə çalışmaq, özünətələbkarlığı artırmaq və forma haqqını qazanmaq lazımdır.

Yoxsa “ver yeyim, ört yatım, gözlə canım çıxmasın” məsəli “onsuz da, yerli oyunçu kimi oynamalıyam” düşüncəsi ilə yaşayanlardan yüksək səviyyəli futbolçu olmayacaq.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti