Dünya çempionatı davam edir.
Sportinfo.az xəbər verir ki, mundialın növbəti görüşündə İngiltərə və Xorvatiya yığmaları üz-üzə gəlib.
Dallas stadionunda keçirilən L qrupunun matçında ingilislər 4:2 hesablı qələbəyə seviniblər.
İngiltərə yığmasının heyətində Harri Keyn (12, 43-pen) dubl müəllifi olub. Digər iki qolu Cud Bellingem (47) və Markus Reşford (85) vurublar.
Xorvatiya seçməsində isə Martin Baturina (36) və Peter Musa (45+5) adlarını tabloya yazdırıblar.
İngiltərə - Xorvatiya 4:2
Qollar: Harri Keyn, 12-pen. (1:0), Martin Baturina, 36 (1:1), Harri Keyn, 42 (2:1), Petar Musa, 45+5 (2:2), Çud Bellinqem, 47 (3:2), Markus Reşford, 85 (4:2)

