Çempionlar Liqasında II təsnifat mərhələsinin bütün cütləri

Çempionlar Liqasında II təsnifat mərhələsinin bütün cütləri

Çempionlar Liqasının II təsnifat mərhələsinin bütün cütləri bəlli olub.

Sportinfo.az xəbər verir ki, püşkatma mərasimi İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında keçirilib.

Türkiyə Superliqası təmsilçisi “Fənərbağça” bu mərhələdə Polşanın “Qornik” (Zabje) klubu ilə qarşılaşacaq.

II təsnifat mərhələsinin bütün cütləri aşağıdakılardır:

-“Sabah” (Azərbaycan) / TNS (Uels) cütünün qalibi – “Vardar” (Şimali Makedoniya) / KuPS (Finlandiya) cütünün qalibi

- “Fənərbağça” (Türkiyə) – “Qornik” (Zabje, Polşa)
- “Klaksvik” (Farer adaları) / “Atibert Bissen” (Lüksemburq) cütünün qalibi – “Jalqiris” (Kaunas, Litva) / “Drita” (Kosovo) cütünün qalibi
* AGF (Orhus, Danimarka) – “Lex” (Poznan, Polşa)
-“Tre Fori” (San-Marino) / “Srvena Zvezda” (Serbiya) cütünün qalibi – “Larn” (Şimali İrlandiya)
-“Mellyubi” (İsveç) – “Linkoln Red İmps” (Cəbəllütariq) / “İnter Eskaldes” (Andorra) cütünün qalibi
- “Ararat-Armeniya” (Ermənistan) / “Riqa” (Latviya) cütünün qalibi – “Floriana” (Malta) / “Şemrok Rovers” (İrlandiya) cütünün qalibi
- “Omoniya” (Kipr) – 11-ci cütün qalibi
- “Tun” (İsveçrə) – “Dinamo” (Zaqreb, Xorvatiya)
- 10-cu cütün qalibi – “Hapoel Beer-Şeva” (İsrail)
- 13-cü cütün qalibi – “Slovan” (Bratislava, Slovakiya)
- 14-cü cütün qalibi – “Tsele” (Sloveniya)
- “Şturm” (Qrats, Avstriya) – “Harts” (Şotlandiya)

II təsnifat mərhələsinin ilk oyunları iyulun 21-22-də, cavab görüşləri isə iyulun 28-29-da keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 İyun 16:50 Çək və bizə göndər!