“Sən səhv qərar verdin”

“Sən səhv qərar verdin”

“Milan”, PSJ və “Barselona”nın sabiq futbolçusu Zlatan İbrahimoviç, Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldonun Konqo yığmasına qarşı oyundakı bir epizodunu tənqid edib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, forvardın matçın 68-ci dəqiqəsində qapıdan kənara vurduğu zərbəni təhlil edərək, həmin anda topu Bruno Fernandesə ötürməyin daha düzgün qərar olduğunu söyləyib:

“Hücumçular həmişə müdafiəçi ilə qarşılaşmaq və komanda yoldaşları üçün yer açmaq üçün yaxın dirəkdən uzaq dirəyə keçirlər. Ronaldo, sən həmin epizodda səhv qərar verdin”.

Portuqaliya millisi ilə Konqo yığması arasında keçirilən görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti