Dünya çempionatında Qana Panama millisi ilə qarşılaşıb.
Sportinfo.az xəbər verir ki, Toronto stadionunda keçirilən L qrupunun I turunun matçında afrikalılar qələbə qazanıblar - 1:0.
Qolu 90+5-ci dəqiqədə Kaleb Yirenki vurub.
"Turan Tovuz"un heyətində çıxış edən Panama yığmasının müdafiəçisi Roderik Miller bu matçda ehtiyatda qalıb.
34 yaşlı futbolçu Azərbaycan Premyer Liqasında oynayaraq dünya çempionatına dəvət alan ilk futbolçu kimi tarixə düşüb.
Qana - Panama 1:0
Qol: Kaleb Yirenki, 90+5

