"Neftçi"də "yarpaq tökümü" başladı, millinin müdafiəçisi getdi

1 İyun 2020 01:10 Neftçi 1 095
"Neftçi"də "yarpaq tökümü" başladı, millinin müdafiəçisi getdi

Gözlənildiyi kimi, Haiti millisinin müdafiəçisi Donald Gerye "Neftçi" ilə yollarını ayırıb.

Bu barədə 31 yaşlı cinah oyunçusunun özü şəxsi "Instagram"ında yazıb. "Yeni səhifə vaxtıdır. Təşəkkür edirəm, "Neftçi". Xoş idi" deyə o bildirib.

Donald Gerye "ağ-qaralar"la 2019-cu il sentyabrın 5-də azad agent qismində 1+1 illik müqavilə bağlamışdı.

Daha əvvəl “Qarabağ” (2017 - 2019), Haitinin “Violett” (2009-2011), “Amerika de Ke” (2011-2013), Polşanın “Visla” Krakov (2013-2016) və Türkiyənin “Alanyaspor” (2016-2017) komandalarında çıxış etmiş Gerye ikiqat Azərbaycan çempionluğu (2018, 2019) qazanıb.

Haitili legionerin gedişi təəccüblü olmadı. Onun ayrılıq qərar verməsi haqda həftələr, günlər öncə oxucularımızı məlumatlandırmışdıq. Tərəflər müqavilə şərtlərində ortaq məxrəcə gələ bilməyib.

Bakılılarla 1+1 illik kontrakt imzalayan Gerye əməkhaqqısının artırılmasını tələb edib. Mövcud olandan dəfələrlə artıq məbləğ istəyib. Klub yönətimi bununla razılaşmayıb.

İyun-iyul ayları üçün də ödəmə şərti ilə sürən Geryenin indii təklifləri başından aşmır. Amma var. O, buna görə iki ayağını bir başmağa dirəyib və maddi məsələlərdə geri addım atmayıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti