"Kamran Quliyevin sənə görə 10 milyon insanın qarşısında yalan danışması normaldır"

15 May 2020 10:52 Neftçi 862
"Kamran Quliyevin sənə görə 10 milyon insanın qarşısında yalan danışması normaldır"

"Artıq deyə bilərik ki, məlum məsələnin pik həddinə çatmışıq".

Sportinfo.az xəbər verir ki, bu sözlər menecer Xanbaba Daşdıya məxsusdur.

Saman Nəriman Cahanın transferində "Neftçi" rəhbərliyi tərəfindən aldadıldığını bildirən agent klubun idman direktoru Ceyhun Sultanovla yaşadığı növbəti problemin mahiyyətini açıqlayıb:

"O, deyəsən, mənə qarşı etdiyi haqsızlıqları az bilib. Daha bir səhvə yol verdi. Razılıq üçün ona göndərdiyim iki mesajı əvvəlkindən fərqli olaraq, bu dəfə oxudu.

Düşündüm ki, həll yoluna dəvət mesajı olduğu üçün problemin aradan qalxmasına doğru gedirik. Ancaq tam əksi baş verdi - "Neftçi"nin idman direktoru bu dəfə nömrəmi "blok"lamaqdan çəkinmədi.

Bu, nə rahatlıqdır, Ceyhun bəy? Haqsız olduğun halda, bu qədər cəsarəti haradan tapırsan? Bəlkə arxalandığın insanlara olan güvən hissin bu cür addımlar atmaqdan çəkindirmir səni?

Klub prezidenti Kamran Quliyevin sənə aşırı dəstək göstərməsi, yaxşı və pis gününüzdə biri-birinizin yanınızda olmağınız möhkəm dostluğunuzu göstərir bizə. Görəsən, sona kimi bu birliyi qoruya biləcəksiz?

Özünüzə inam hissi hədsizdir, bunu hərəkətlərinizdən, danışığınızdan hiss etmək olur. Ancaq bir şeyi xatırlatmaq istəyirəm sizlərə: o güvəndiyiniz insanlarda sizlərə qarşı inam hissi qalmayıb artıq.

Rəhbərliyə təyin olunduğunuz ilk gündən bu günə kimi etdiyiniz "transferlər", göstərdiyiniz "nəticələr", "Neftçi" kimi klubun imicinə tez-tez ləkə gətirəcək səhvlərə yol verməyiniz, o qədər büdcə ilə heç bir kubok qazanmamaq, "Qarabağ"ın hər il Avropa Liqasına görə sıx qrafikdə olsa belə, gəzə-gəzə çempion olması, sizdən daha az büdcəli "Keşlə" və "Sumqayıt"ın göstərdiyi döyüşkənlik…

Saymaqla bitmir bu uğursuzluqları. Buna görə artıq inam hissi qalmayıb sizə. Bir neçə gün əvvəl klubun imicini "qorumaq" üçün bəyanıtınızı oxudum. Bəs özünüz klubun imicinə gətirdiyiniz zərərlər haqqında nə üçün bəyanat yaymırsız?

Mənim bu qədər yazdıqlarımı bəlkə də kimlərəsə "Neftçi"yə qarşı qərəz kimi təqdim edirsiz. Bunun yalan olduğunu hər kəsə sübut edəcəm. Ceyhun Sultanov, özün çıx hər kəsin qarşısına, haqsız olduğunu sübut elə.

Gah prezidenti verdin qabağa, gah da mətbuat katibini. Onu atmayın odun içinə. Kamran Quliyevin sənə görə sinəsini irəli verməsi, 10 milyon insanın qarşısında, canlı yayımda yalan danışması normaldır. Axı sən də onun çox işlərində ön planda gedirsən.

Bu səhvləriniz cavabsız qalmayacaq, inanın buna! Ən sonda AFFA və SOCAR rəhbərliyi qarşısında nə cavab verəcəyinizi düşündüz heç? Xəbərdaram artıq, cavablarınız hazırdır,

Hazırcavab rəhbərlərsiz axı siz. Ancaq faktlarımın qarşısında heç bir yalan keçərli olan deyil. Davamını da yazacam, görüşənədək".

Digər Xəbərlər
Xəbər Lenti