
2017-ci ildən «Neftçi»nin formasını geyinən Emin Mahmudovun klub rəhbərliyi qarşısında qaldırdığı tələb məlum olub.
Yarımmüdafiəçi müqaviləsinin müddətini artırmaq üçün 250 min manat istəyib.
Sportinfo.az-ın məlumatına görə, «ağ-qaralar» kapitanla anlaşmanı 2 il müddətinə yeniləməyə tərəfdarıdır.
Sadəcə, hələ Mahmudova son sözü deməyiblər. Verilən vəd hələlik yalnız sözdədir: bir qədər gözlə, sən bu komandanın ən ödənişli futbolçularından biri olacaqsan.
Maraq üçün deyək ki, bakılıların millinin üzvünə ödədiyim hazırkı maaş tələb etdiyi məbləğdən dəfələrlə aşağıdır.