"Neftçi”dən ayrıldıqdan sonra sizə hər hansı təklif oldumu?

8 May 2020 00:42 Neftçi 852
"Neftçi”dən ayrıldıqdan sonra sizə hər hansı təklif oldumu?

Sportinfo.az xəbər verir ki, “Neftçi”nin fiziki hazırlıq üzrə sabiq məşqçisi Andrea Vezzu sualları cavablandırıb.

İtaliyalı mütəxəssis həm ölkəsindəki mövcud vəziyyətdən, həm də “Neftçi”dən danışıb:

– İtaliyada son vəziyyət necədir?
– Vəziyyət çox mürəkkəbdir. Düzdür, əvvəlkinə nisbətən yaxşılaşıb, amma çoxlu sayda insan öldü. Aktiv həyat hələ də qapalıdır.

– Şəhərdə gəzə və ya idman edə bilirsiz?
– Həftənin ilk günündən gəzməyə icazə verilib və tək məşq etmək olar. Lakin bunların hamısını maska ilə etmək lazımdır.

– Koronavirusa yoluxan və bu virusdan ölən dostlarınız oldu?
– Əlbəttə. Onlar üçün çox üzülürəm.

– “Neftçi”dən ayrıldıqdan sonra İtaliyada nə ilə məşğulsunuz? Hər hansı təklif oldumu sizə?
– Yox. Hər şey bağlıdır. Onsuz da koronavirusa görə işləmək qeyri-mümkündür.

– Burdan ayrıldıqdan sonra “Neftçi” bir neçə oyun keçirdi. Onları izlədinizmi?
– Xeyr.

– Roberto Bordinlə görüşüb Azərbaycandakı xatirələrdən danışırsız?
– Əlbəttə. Biz hər zaman bütün təcrübələrimizdən söhbət edirik. Lakin indi keçmişi qoyub qarşıdakı işlərə, yeni komandaya hazırlaşmaq lazımdır. Bilmirəm bu nə zaman baş verəcək.

– Azərbaycanda yenidən işləmək istəyərsiz?
– Niyə də yox? Bakı gözəl şəhərdir və ora qayıtmaq istəyərəm (futbolinfo.az).

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var
16 Sentyabr 00:40 KADİ: “İnanmıram ki...”