“Qalatasaray”ın ulduzu “Neftçi" haqda: "Niyə oynamadım, onu da bilmirəm"

2 May 10:52 Neftçi 448
“Qalatasaray”ın ulduzu “Neftçi" haqda: "Niyə oynamadım, onu da bilmirəm"

Xatırlayırsınızsa, 1990-cı ilin yanvarında futbol üzrə SSRİ çempionatının I divizionunda çıxış edən “Neftçi”nin İstanbula “Qalatasaray” və “Beşiktaş” komandaları ilə yoxlama oyununa getməsi barədə yazmışdıq.

Ancaq qeyri-müəmmalı səbəbdən “Neftçi”nin önünə “Ali Sami Yen” stadionunda “Qalatasaray”ın əsas yox, III liqada oynayan komandası (indiki əvəzedici komanda) çıxıb. Həmin matçda “Qalatasaray”ın əsas heyətindən yeddi futbolçu oynamalı olsa da, nədənsə həmin oyunçular meydana çıxmayıb.

Sportinfo.az xəbər verir ki, oxu.az 2:2 hesabı ilə başa çatmış matç ərəfəsində “Qalatasaray”ın heyətində yer almış bəzi futbolçuları danışdırıb:

İlyas Tüfəkçi (həmin oyunda “Qalatasaray”ın ilk qolunun ötürməsini verən): “Uzun müddətdir ki, xəstəyəm. Yeriyə bilmirəm. Bu səbəbdən də, təəssüf ki, həmin oyunu xatırlamıram”.

Yusuf Altıntaş (həmin matçda iştirak etməli, amma nədənsə oynamayan futbolçulardan): “Bu oyunu çox da xatırlamıram. Amma matç ərəfəsində ayağımda yüngül zədə vardı. Ona görə də, meydana çıxa bilmədim”.

Tanju Çolak (“Qalatasaray”ın o dövrdə əsas qol ümidi): “Bu matç 30 il əvvəl olub. Oynamadığımı çox yaxşı xatırlayıram. Niyə oynamadım, onu da bilmirəm. Bəlkə də klubun İdarə Heyəti imkan vermədi. Hazırda əsas səbəbi xatırlaya bilmirəm. Məncə, bu sualın ən gözəl cavabını Ərgün Gürsoy (klubun futbol bölməsinin sabiq rəhbəri) verməlidir. Amma bildiyimə görə, o da xəstədir”.

Cüneyt Tanman (“Qalatasaray”ın keçmiş kapitanı): “1986-1991-ci illərdə kapitan olmuşam. Mənim üçün 1990/91-ci illər mövsümü sonuncu idi. Futbol karyeramı bitirmək ərəfəsində olduğuma görə yoxlama matçlarında oynamaya bilərəm. Açığı, söylədiyiniz oyunu xatırlaya bilmədim. Üzrlü hesab edin. Amma “Qalatasaray”dan oynayan tam heyəti bilsəydiniz, o matçda oynayan futbolçulardan biri ilə əlaqə qura bilərdim”.

Həmin matçda Ərgün Gürsoyun tələbi ilə iştirak etməli, ancaq matç günü ortada görünməyən Bülənt Alkılıç (Böyük Bülənt) və Bülənt Korkmaz (Kiçik Bülənt) isə telefonlarımıza cavab vermədi.

Digər Xəbərlər
Xəbər Lenti
27 May 20:20 Artur qərarın verdi
26 May 22:40 Qurbanov lazım deyil?