Sponsorundan "Neftçi"ni ŞOKA SALAN XƏBƏR GƏLDİ

31 Mart 2020 12:30 Neftçi 1 363
Sponsorundan "Neftçi"ni ŞOKA SALAN XƏBƏR GƏLDİ

«Neftçi» ciddi təhlükə ilə üzləşib.

Sportinfo.az-ın klubdan əldə etdiyi məlumata görə, bu, «Türkiyə Hava Yolları» (THY) ilə bağlıdır.

Belə ki, Türkiyənin məşhur aviaşirkəti paytaxt təmsilçisi ilə müqavilənin müddətini uzatmaq istəmir. THY artıq bununla bağlı «ağ-qaralar»ın rəhbərliyini xəbərdarlıq edib.

Qarşı tərəf bunu koronavirus pandemiyası ilə əlaqələndirib və bildirib kt, yaranmış vəziyyət şirkətin külli miqdarda maliyyə itkisinə səbəb olub, nəticədə bir sıra sosial və sponsorluq anlaşmalarına xitam verilməsi planlaşdırılır.

THY 2018-ci il, iyulun 10-da «Neftçi» ilə əməkdaşlıq müqaviləsi bağlayıb. Bakılılar bu anlaşmadan yetərincə böyük məbləğ – hər mövsüm üçün 2 milyon manat əldə edib. Türkiyə brendinin geri çəkilməsi paytaxt klubunun maliyyə dayaqlarını zəiflədəcək.

Redaksiyamıza verilən məlumata görə, «Neftçi»nin prezidenti THY ilə danışıqlara keçib və onları yeni müqavilənin imzalanmasının hər iki tərəf üçün faydalı olacağına inandırmaq istəyir.

O, güzəştlərə hazırdır. Yəni ki, «ağ-qaralar»ın rəhbəri daha aşağı maliyyə qarşılığında kontraktın müddətini uzatmağa tərəfdardır.

Digər Xəbərlər
Xəbər Lenti