Rumıniya millisinin üzvü “Qarabağ”a gəlir, yoxsa “Neftçi”yə?

27 Mart 2020 21:20 Neftçi 1 599
Rumıniya millisinin üzvü “Qarabağ”a gəlir, yoxsa  “Neftçi”yə?

Rumıniya millisinin futbolçusu Qabriel Torje karyerasını ölkəmizdə davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, 30 yarımmüdafiəçiyə Azərbaycan klubları elçi düşüblər.

Rumıniyalı futbolçu Azərbaycan Premyer Liqasında oynamaq təklifi aldığını özü açıqlayıb. O, iddialı klublarından birinin formasını geyinməyə hazır olduğunu bildirib.

Torje menecerinə “Qarabağ” və ya “Neftçi”də oynamağa hazır olduğunu da deyib. Mövsüm bərpa edildikdən sonra danışıqlara start veriləcək. Hazırda Yunanıstanda “Larissa”da oynayan Torjenin müqaviləsi iyunda başa çatacaq.

Digər Xəbərlər
Xəbər Lenti
5 İyul 16:00 10-cu AYRILIQ XƏBƏRİ
5 İyul 08:20 Quliyev Serbiya yolunda