"Neftçi"nin hamını qorxudan qapıçısından XOŞ XƏBƏR GƏLDİ

8 Mart 2020 17:20 Neftçi 1 286
"Neftçi"nin hamını qorxudan qapıçısından XOŞ XƏBƏR GƏLDİ

"Karyeramda belə hadisə birinci dəfədir olur"

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Neftçi"nin qapıçısı Aqil Məmmədov deyib.

Dünən "Neftçi" - "Sabah" görüşünün ikinci hissəsinin əvvəlində halı pisləşərək meydanı xərəkdə tərk edən «əlcək sahibi» baş verənləri belə xatırlayıb:

"Bir andaca ürək döyüntülərim sürətləndi. Həkimlərin ilkin müdaxiləsindən sonra bir az normallaşdım. Amma ağrılarım qalırdı.

Tədricən keçər deyə fikirləşdim və əvəzlənmək istəmədim. Halım yenidən pisləşincə, paltardəyişmə otağında aparıldım və burada klubun həkimləri mənə ilkin təbii yardım göstərdi.

Daha sonra Mərkəzi Gömrük Hospitalına aparıldım. Həkimlər bunun həyəcandan baş verdiyini və ciddi bir şey olmadığını dedilər.

İnşallah, tezliklə məşqlərə qoşulacam. İndi səhhətimlə bağlı hər şey qaydasındadır, artıq özümü yaxşı hiss edirəm".

Digər Xəbərlər
Xəbər Lenti