"Neftçi"nin qapıçısının halı pisləşdi, Əliyev ona güldü - FOTO

7 Mart 2020 19:34 Neftçi 2 109
"Neftçi"nin qapıçısının halı pisləşdi, Əliyev ona güldü - FOTO

"Neftçi"nin qapıçısı Aqil Məmmədov Azərbaycan Premyer Liqasının 20-ci turunda hazırda davam edən "Sabah"la matçda məcburi əvəzlənib.

Sportinfo.az xəbər verir ki, onun halı pisləşib və yerə yıxılıb.

59-cu dəqiqədə meydanı xərəklə tərk edən A.Məmmədovu Səlahət Ağayev əvəzləyib.

Bu zaman "Neftçi"nin texniki zonasında gözlənilməz hadisə yaşanıb. Belə ki, komandanın tərcüməçisi Vüqar Əliyev Aqil Məmmədovu Füzuli Məmmədova göstərərək, nümayişkaranə şəkildə bir xeyli gülüb.

Futbol ictimaiyyətinin «Makler Vüqar» kimi tanıdığı Əliyevin hərəkəti ehtiyat oyunçular skamyasında əyləşənlər tərəfindən təəccüblə qarşılanıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"