"Neftçi"nin yeni TRANSFER SİYAHISI SPORTİNFO.AZ-DA!

27 Fevral 2020 15:04 Neftçi 2 878
"Neftçi"nin yeni TRANSFER SİYAHISI SPORTİNFO.AZ-DA!

«Neftçi» yayda heyətinə qatmaq istədiyi yerli futbolçuların siyahısını tutub.

Düzdür, transferi düşünülən oyunçuların tam siyahısı hələ hazır deyil, bununla belə, ilkin danışıqlara artıq start verilib.

Dünən biz «Keşlə»dən Sezar Meza Kollinin «ağ-qaralar»la görüşdüyünü xəbər vermişdik. Klubdan Sportinfo.az-a daxil olan yeni məlumata görə, idman direktoru Ceyhun Sultanovun maraq dairəsinə düşənlərin sayı 10-dan artıqdır.

Təbii ki, onların hamısı birdən-birə düşərgəyə cəlb olunmayacaq. Hər halda adı siyahıda olanların bir çoxunun öz klublarıyla müqaviləsi davam edir və asanlıqla düşərgə dəyişəcəkləri gözlənilmir.

Konkret adlara gəlincə, «Neftçi»dəki dostlarımız ona redaksiyamıza ötürüb. Siyahıdan məlum olur ki, «Sumqayıt»dan Rəhim Sadıxovla Əmir Ağayev, «Sabah»dan Ramil Şeydayev, «Qəbələ»dən Amin Seydiyevlə Qismət Alıyev, «Zirə»dən Elvin Camalov, «Səbail»dən Ürfan Abbasov, «Keşlə»dən Cabir Əmirli, «Qarabağ»dan Qara Qarayevlə Abbas Hüseynov paytaxt təmsilçisinin gündəmindədir.

Digər Xəbərlər
Xəbər Lenti