"Neftçi"nin əsl baş məşqçisi: Məmmədov deyil, Məmmədov!

22 Fevral 2020 10:10 Neftçi 1 339
"Neftçi"nin əsl baş məşqçisi: Məmmədov deyil, Məmmədov!

Bu gün Premyer Liqada XVIII tura start veriləcək. Turun açılış matçı Qəbədələ oynanılacaq.

Eyniadlı komanda hələ də çempionluq iddiasını davam etdirən "Neftçi"ni qəbul edəcək.

Qış fasiləsindən sonra keçirdiyi hər 3 görüşdə məğlub olan bölgə təmsilçisi autsayder mövqeyindən qurtulmaq niyyətindədir. Ancaq bunun üçün komanda bir neçə matçda qalib gəlməlidir.

İlk qələbəsini ötən turda əldə edən "Neftçi" isə artıq xal itirmək limitini doldurub. Son üç matçda rəqibi üzərində çətinlik çəkmədən qələbə qazanan bakılılar səfərdə oynamasına baxmayaraq, yenə cütün favoritidir.

«Neftçi» uğursuz oyunlar seriyasına «Keşlə» matçda son qoydu. Premyer Liqanın üçüncü dövrəsinin ilk 2 turunda qələbəyə həsrət qalan «ağ-qaralar» derbidə istəyinə 3:1-lə çatdı.

Qızıl medallar uğrunda mübarizədə «Qarabağ»dan 8 xal geridə olan «Neftçi»də vəziyyətin tədricən qaydasına düşdüyü görünür. Təəssüf ki, bu, yalnız ilk baxışdan belədir. Düşərgəyə içəri keçəndə isə hər şeyin Füzuli Məmmədovun ürəyincə olmadığını bilmək mümkündür.

Yeni baş məşqçinin əksər futbolçularla dil tapmaqda çətinlik çəkməsi bəllidir. Komandanın aparıcı simaları isə ümumiyyətlə, gənc mütəxəssisi saymır.

Konkret olaraq, 5 oyunçu Məmmədovu ciddiyə almır. Baqali Dabo, Emin Mahmudov, Səlahət Ağayev, Anton Krivotsyuk və Vojislav Stankoviç derbidən sonra çalışdırıcını pərt edib.

Onlar baş məşqçinin azarkeşlərlə sağollaşmaq üçün tribunaya yaxınlaşmaq tələbini yerinə yetirməyib. Adları çəkilən futbolçular tapşırığa məhəl qoymayaraq, birbaşa paltardəyişmə otağının yolunu tutub.

Məmmədov komanda üzvləriylə söhbətində bu məsələyə toxunub. Di gəl, yenə ona qulaq asan olmayıb. Özlərini elə aparıblar ki, sanki otaqda milçək vızıldayır, heç veclərinə də deyil.

Bu, klub rəhbərliyini dərindən narahat etməyə bilməz. İlk növbədə Ceyhun Sultanovu. Axı Füzuli Məmmədovu baş məşqçi postuna əyləşdirən idman direktorudur və onun ən yaxın adamı kollektiv tərəfindən ciddiyə alınmır, qəbul görmür.

Füzuli Məmmədov özü deyir, özü də eşidir - bu, inanılmaz dərəcəli təhlükəli tendesiyadır. Sultanov bəzi futbolçuların telinə əl çəkib, bəzi futbolçulara barmaq silkələməsə, təsəvvür etməzsiz ki, «Neftçi»də yenə nə həngamə qopur!

Füzuli Məmmədov görüntü xatirinə texniki zonada əyləşdirilib. O, sadəcə, məşq keçir. Heyəti və taktikanı özü təkbaşına müəyyənləşdirmir. Bu kimi məsələləri hər xırdalığına kimi idman direktoruyla məsləhətləşir və aldığı tapşırıqları komandanın içinə dönərək icra edir.

Məmmədov məhz bu «keyfiyyət»inə görə Roberto Bordini əvəzləyib. Sultanovun əmrlərinə «bə çeşm» deməyi bacardığını, yəqin ki, özü də etiraf edir.

Komandanın daxilində bir məşqçi də var, hansı ki, üzdə çox görnmür. Həmin məşqçi Aqil Məmmədovdur. Roberto Bordinin qatı əleyhdarı onun gedişindən sonra inseativi tamamilə ələ keçirib.

Sultanov baş məşqçinin səlahiyyətlərinin əksəriyyətini demək olar adıçəkilən qapıçıya verib. Aqil gündəlik məşq proseslərindən tutmuş ta nizam-intizam tədbirlərinə kimi bir çox işlərin nəzarətçisidir. Futbolçu yoldaşları Füzuli Məmmədovdan yox, məhz Aqil Məmmədovdan çəkinir.

Emin Mahmudov kapitan olaraq üzərinə düşəni etmir, edə bilmir. Düşərgədə nə baş verirsə, özünü hadisə yerinə birinci Aqil çatdırır, Emin çox şeydən heç xəbəri də olmur. O. öz aləmində, balaca dünyasındadır, yalnız özü üçün yaşayır.

Mahmudovu «Neftçi» az maraqlandırır. Ruhən buraları nəvaxtdır tərk edib. Ürəyi «Qarabağ»la döyünən Eminin «Neftçi» rəhbərliyinə, onların da kapitana münasibəti adekvatdır. Bir-birlərini görməyə gözləri yoxdur.

Və belə bir şəraitdə Ceyhun Sultanov Aqil Məmmədovu dəstəkləməklə, həm öz mövqelərini komandanın yanında gücləndirmək, həm də Füzuli Məmmədovu mümkün biabırçılıqlardan qorumaq fikrindədir.

Səlahət Ağayev elə-belədən ehtiyata atılmayıb. Ayda 27 min manat maaş alan əsas qapıçını kənara çəkmək əzələ nümayişidir. Füzuli Məmmədovun artıq baş məşqçi olmasını qəbullanmayanlara. «Keşlə» ilə ötən oyun gjöstərdi ki, bu, hələlik effekt verməyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"