Şeydayev 400 min dollar istəyir

7 Fevral 2020 19:30 Neftçi 1 662
Şeydayev 400 min dollar istəyir

Rusiya mediası Ramil Şeydayevin karyerasını Azərbaycanda davam etdirə biləcəyi ilə bağlı dünən xəbər yayıb.

Məlumatda bildirilir ki, millimizin hücumçusu "Sabah" və “Neftçi”nin maraq dairəsinə düşüb.

24 yaşlı futbolçunun “ağ-qaralara”a keçməyə yaxın olduğu qeyd olunub. Xəbərdə Şeydayevin də karyerasını yenidən Azərbaycanda davam etdirmək istədiyi bildirilib.

2018-ci ilin yayında “Qarabağ“dan ayrılan Ramil Şeydayevin sonuncu komandası “Dinamo” olub. O, bu qış fasiləsində Moskva təmsilçisindən ayrıldıqdan sonra klubsuzdur.

Sportinfo.az rusiyalı həmkarlarımızın yaydığı informasiyanı Şeydayevin yaxınlarından dəqiqləşdirməyə çalışıb. Redaksiyamıza məlum olub ki, o, həqiqətən Azərbaycana qayıtmağa hazırdır.

Bunun üçün Ramlin maliyyə şərtlərinin yerinə yetirilməsi lazımdır. Yığmanın qolçusu illik 400 min dollar tələb edir. Onun xidmətində Premyer Liqanın 2 iştirakçısı maraqlıdır.

Yəni, müştəri düşən yalnız “Neftçi“ deyil. "Sabah" da bu məbləğin aşağı salınmasına çalışır.

Digər Xəbərlər
Xəbər Lenti