“Neftçi” Dariodan gözlədiyini ala bilmədi - FOTOLAR

26 Yanvar 2020 10:52 Neftçi 1 037
“Neftçi” Dariodan gözlədiyini ala bilmədi - FOTOLAR

“Neftçi -2” təlim-məşq toplanışı çərçivəsində üçüncü yoxlama oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Mahmud Qurbanovun çalışdırdığı əvəzedicilər “Qarabağ-2” ilə heç-heçə edib – 1:1.

Əsas komandadan kənarlaşdırılan Dario Frederiko bu dəfə də meydanda yer alıb, amma əvvəlki iki matçdan fərqli olaraq, rəqib torunu silkələyə bilməyib. “Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutmuş görüşdə bakılıların qolunu Hüseyn Hüseynzadə vurub.

“Neftçi-2” bundan əvvəlki sınaq matçlarında “Qaradağ Lökbatan”a (3:2) və MOİK-ə (4:0) qalib gəlmişdi.

Digər Xəbərlər
Xəbər Lenti
3 İyul 03:20 Ayxan çempion oldu