“Neftçi” biabırçılıqdan 1 gün sonra… - FOTOREPORTAJ

18 Yanvar 2020 09:14 Neftçi 921
“Neftçi” biabırçılıqdan 1 gün sonra… - FOTOREPORTAJ

Türkiyənin Antalya şəhərində hazırlığını davam etdirən “Neftçi” bir günlük istirahətdən sonra məşqləri bərpa edib.

Sportinfo.az xəbər verir ki, ”Lodz”la yoxlama görüşündə biabırçı hesabla (0:4) uduzan komanda iki dəfə məşqə çıxıb.

Səhər hazırlığı əsasən fiziki gücün artırılmasına həsr olunan çalışmalardan, axşam məşqi isə taktiki gedişlərdən ibarət olub.

Sənəd problemi ilə üzləşmiş Stiven Jozef-Monroz da artıq düşərgəyə qoşularaq məşqlərə qatılıb. Yoxlama oyunları çərçivəsində yanvarın 15-i Polşanın “LKS Lodz” klubu ilə qarşılaşmış “Neftçi” ayın 20-si “Dinamo” (Kiyev), 24-ü isə “Desna” ilə üz-üzə gələcək.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"