“Neftçi”də 5-ci ayrılıq an məsələsidir – SON DƏQİQƏ

19:40 Neftçi 295
“Neftçi”də 5-ci ayrılıq an məsələsidir – SON DƏQİQƏ

Klubla müqavilə müddəti başa çatan dörd futbolçu “Neftçi”dən ayrıldı.

Vensan Abubakar, Edvin Kuç və Kristian Kostin karyerasını başqa klubda davam etdirəcəkcə, Murad Məmmədov “Pafos”un uğurları üçün tər tökəcək.

Təbii ki, ayrılıqların olacağı dəqiqdir. Başa çatan mövsümdə heyətdə yer alan bir neçə futbolçu, xüsusən də legioenr baş məşqçi Yuri Vernidubun gələcək planlarına daxil deyil.

Onlardan biri də Kenan Piriçdir.

Ötən yay min bir əziyyət bahasına “Neftçi”yə cəlb olunan bosniyalı qapıçının bacarığı ukraynalı çalışdırıcını qane etmir. Başqa cür desək, Kenanı Emil Balayevlə Rza Cəfərovdan bir baş üstün görmür.

Məhz bu səbəbdən 31 yaşlı əcnəbi kiperdənsə, yerli oyunçulara şans verib onları milli komandaya qazandırmaq istəyir.

Piriç özü məsələdən halidir. Prenyer Liqanın son turlarında Balayevin şans qazanması və özünü kifayət qədər yaxşı tərəfdən göstərməsi Kenanı vəziyyətdən duyuq salıb. Üstəlik, Rzanın “Qəbələ” ilə icarə müqaviləsi başa çatıb.

Hansısa formada Piriçə çatdırılıb ki, növbəti mövsümdə şans qazanması çətin olacaq. Oynamaq istəyirsə, özünə başqa klub tapsın. Sözsüz, ayrılığa razılıq verəcəyi halda, klubla futbolçu müqavilə şərtlərində hansısa formada razılığa gələcəklər.

Yox, sərfəli maliyyə şərtləri ilə klub tapa bilməsə, “Neftçi”də ehtiyatda oturub pulunu qazanmağa davam edəcək.

Yəni bu ehtimal da yox deyil.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti