«Zirə»nin kapitanı Qismət Alıyev «Neftçi»nin maraq dairəsindədir.
Bu barədə «ağ-qaralar»ın düşərgəsindən redaksiyamıza məlumat verilib.
Bildirilib ki, Yuri Vernidub adıçəkilən müdafiəçini öz sərəncamında görməyi arzulayır.
Baş məşqçi onun keçidini tezləşdirmək məqsədilə rəhbərliyə müraciət edib. Ukraynalı çalışdırıcı Azərbaycan millisinin də formasını geyinən oyunçunun döyüşkən xarakterli olmasından xoşlanıb.
Paytaxt təmsilçisi Vernidubun istəyi ilə yığmanın 29 yaşlı üzvüylə danışıqlara başlayıb, 2 illik müqavilə təklif edib.
Qismət «Qəbələ»nin yetirməsidir. 2015-2020-ci illər aralığında qırmızı-qara formanı geyinib, 70 oyun keçirib.
O tarixdən sonra «qartallar»la anlaşıb, 13 qola imza atıb.
kapitanın qəsəbə mənsubu ilə müqaviləsi bir neçə gün sonra başa çatacaq.
SPORTİNFO.AZ

