“Komandada bir qədər yorğunluq var idi.
Buna qədər çox güc sərf etmişdik, lakin bu qələbə qazanmağmıza mane olmadı”.
Sportinfo.az xəbər verir ki, bu sözləri “Neftçi”nin vingeri İmad Faraj deyib.
Fransalı Misli Premyer Liqasında mövsümün sonuncu - 33-cü turunda “Kəpəz”i 1:0 hesabı ilə məğlub etdikləri oyun barədə danışıb. Bildirib ki, məqsədləri mövsümü qələbə ilə başa vurmaq idi:
“Kəpəz”lə görüşün nəticəsi turnir cədvəli baxımından əhəmiyyət kəsb etmirdi. Buna baxmayaraq, mövsümün son oyun idi. Qalib gəlmək istəyirdik.
Baş məşqçimiz də bizdən 3 xal qazanmağımızı tələb edirdi. Çempionatı qələbə ilə başa vurmaq istəyirdik”.

