Dördüncü legioner də “Neftçi”dən uzaqlaşdırıldı - 5 dəfə çox pul qazanırdı

16:20 Neftçi 642
Dördüncü legioner də “Neftçi”dən uzaqlaşdırıldı - 5 dəfə çox pul qazanırdı

«Neftçi»dən gedişi dəqiqləşən oyunçuların sayı 4-ə çatıb.

Bu barədə saytımıza klubdan bildirilib.

Redaksiyamıza verilən məlumata görə, Cordan Rezabalanın artıq bura heç bir aidiyyatı qalmayıb.

Paytaxt təmsilçisi ekvadorlunu ötən ilin iyulunda sıralarına qatıb. Həmin vaxt “ağ-qaralar“la 1+1 illik müqavilə bağlamış legionerlə yollar ayrılıb.

Samir Abassovun istəyi ilə ağ-qara formanı geyinmiş, baş məşqçi dəyişikliyindən sonra az-az hallarda meydana ayaq basan 25 yaşlı hücumameyilli yarımmüdafiəçiyə müqavilənin növbəti aid hissəsinin qüvvəyə minməyəcəyi bildirilib.

Əslində, “Neftçi“də olmaq maddi cəhətdən ona çox sərfəliydi. Zarafat deyil, paytaxt təmsilçisində aylıq məvacibi 25 min dollardır. Bu isə “Sumqayıt“la aldığı əməkhaqqı ilə müqayisədə 5 dəfə çoxdur.

O, “İndependyente”nin (Ekvador) yetirməsidir. Meksika liqasında da çıxış edib.

2024-cü ilin fevralından 2025-ci ilin fevralınadək “Sumqayıt”ın formasını geyinmiş Rezabala bir müddət baş məşqçi Samir Abasovun rəhbərliyi altında da oynayıb.

Yarımmüdafiəçi 17, 20 və 23 yaşadək futbolçulardan ibarət Ekvador millisinin şərəfini qoruyub, 2019-cu ildə U-20-nin heyətində Cənubi Amerika çempionu olub.

«Neftçi» Rezabaladan öncə rumıniyalı müdafiəçi Kristian Kostin, monteneqrolu yarımmüdafiəçi Ervin Kuç və kamerunlu hücumçu Vensan Abubakarla yolları ayırıb.

SPORTİNFO.AZ

Dördüncü legioner də

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti