"Neftçi"nin sabiq ulduzu Vensan Abubakar Türkiyə klubunda çıxış edə bilər.
Sportinfo.az xəbər verir ki, "Haberler.com" saytının məlumatına görə, Türkiyə 1-ci Liqasına yüksələn "Bursaspor" kamerunlu hücumçu ilə ilkin razılığa gəlib.
Onunla yaxın günlərdə rəsmi müqaviləyə imza atılacağı gözlənilir.
Vensan Abubakar bu mövsüm “Neftçi”nin heyətində 18 oyunda meydana çıxıb, 9 qol vurub və 1 məhsuldar ötürmə edib.
Üç gün əvvəl Azərbaycan çempionatından “Qarabağ”ın futbolçusu Toral Bayramov “Bursaspor”a transfer olunmuşdu.

