İngiltərəli hücumçunun maaş tələbi "Neftçi" rəhbərliyini ŞOK ETDİ!

13:00 Neftçi 484
İngiltərəli hücumçunun maaş tələbi "Neftçi" rəhbərliyini ŞOK ETDİ!

Bassala Sambu "Neftçi" rəhbərliyini şoka salıb. İngiltərəli hücumçunu düşərgədə saxlamaqda maraqlı olan yönətim aldığı cavaba heyrət edib. Belə ki, "ağ-qaralar" Seneqal əsilli forvarda 2+1 illik yeni müqavilə təklif irəli sürüb.
Premyer Liqanın cari mövsümündə 11 qola imza atan forvard isə elə bir rəqəm deyib ki… Nə az, nə çox, düz 500 min dollar!
Onun istəyi o qədər gözlənilməz olub ki… Burada hər kəs təəccüb və təəssüf içindədir. Çünki Bassalanın ötən müddətdə aldığı aylıq maaş bu rəqəmin qat-qat aşağıdır. Odur ki, anlaşmanın yenilənmə ehtimalı azdır.
Bura 2025-ci ilin fevralında gəlmiş Sambunun son klubu Cənubi Kiprin "Paralimni"si olub. 28 yaşlı forvardla bağlanmış 1,5 illik müqavilə iyunda başa çatacaq.
Karyerasına İngiltərədə başlayan Sambu “Koventri”nin yetirməsidir. O, 2017 və 2019-cu illərdə “Everton”la 23 yaşadək futbolçular arasında keçirilən İngiltərə premyer-liqasının çempionu olub.
Ölkə xaricində 2021-ci ildə icarə əsasında oynadığı “Randers”lə Danimarka kubokunu qazanıb.
Afrika kökənli qolçu bu mövsümün yekunlarına əsasən, "Neftçi"nin ən məhsuldar iki simasından biridir. Onunla yanaşı, Emin Mahmudov da liqada 11 dəfə fərqlənib.
SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti