Əliboş getmədi - Həm özü pul qazandı, həm də “Neftçi”yə qazandırdı

27 May 13:00 Neftçi 4 370
Əliboş getmədi - Həm özü pul qazandı, həm də “Neftçi”yə qazandırdı

“Neftçi”nin yetirməsi, kiçik yaşlarından ağ-qara formanı geyinən Murad Məmmədov “Pafos”a keçib.

2024/25 mövsümündən əsas komandanın şərəfini qoruyan yarımmüdafiəçi bu müddət ərzində 41 oyun keçirib, 4 qol vurub.

O, U-21 millisinin heyətində 10 matçda meydana çıxıb, 1 qola imza atıb.

Kipr klubu 20 yaşlı həmyerlimizlə uzunmüddətli müqavilə imzalayacaq. O. burada hər ay 15 min dollar əməkhaqqı alacaq.

“Neftçi“ Muradı düşərgəsində saxlaya bilərdi. Tərəflər arasında bu yöndə xeyli danışıqlar gedib.

Sadəcə, maliyyə şərtlərində ortaq məxrəcə gələ bilməyiblər.

Paytaxt təmsilçisi gənc vingerə 10 min manatdan artıq məvacib ödəməkdən imtina etdiyindən, “Pafos“un təklifi vəziyyəti dəyişib.

Bununla belə, “Neftçi“ də bu anlaşmadan pay qazanıb. “Pafos“ Məmmədova görə bakılılara 50 min dollara yaxın təzminat ödəyəcək.

Özü də bu, Muradın təşəbbüsü və təkidi ilə razılaşdırılan məsələdir. O. yetirməsi olduğu kluba maddi fayda vermək məqsədilə kiprlilər qarşısında şərt irəli sürüb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
11 İyun 18:10 Çək və bizə göndər!